Qərb bölgəsinə  yağış yağdı, Daşkəsənə dolu düşdü - Foto


Qərb bölgəsində ucqar kəndlərə yağış yağıb, dolu düşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, günorta saatlarından başlayaraq bölgənin bəzi ucqar kəndlərində yağıntılı hava şəraiti müşahidə edilir.

Güclü yağış sonradan bir neçə dəqiqə dolu ilə əvəz olunub. Dolu Daşkəsən, Göygöl, Gədəbəy rayonlarının ucqar kəndlərində meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

Hazırda bölgənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu