Vətəndaş Prezidentə təşəkkür ünvanladı: "Siz pandemiya dövrünə baxmayaraq ölkədə yeni iş yerləri yaratdınız"

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan təşəkkür məktubları gəlməyə davam edir.

Sherg.az xəbər verir ki, Neftçala rayonundan Nuriyyə Qədirova dövlət başçısına yazdığı məktubda qeyd edir:

"Hörmətli cənab Prezident.
Siz pandemiya dövrünə baxmayaraq ölkədə yeni iş yerləri yaratdınız. Mən neçə illər idi ki, işsiz idim. Xəstə anamın himayəsində qalırdım. Sizə böyük təşəkkür edirəm ki, mənim kimi işsizlər işlə təmin olunduq. Uca Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik.
Mən həmişə fəxr etmişəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Siz Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdən bu günə kimi ölkədə güclü iqtisadiyyat yaratdınız. Siz həmişə hər bir vətəndaşın yanında olmusunuz. Bu günlərdə harınlamış məmurlara qarşı apardığınız mübarizə aztəminatlı təbəqəni çox sevindirir. Bizə bu sevinci yaşadan Sizin qüdrətinizdir.
Allah-Təala Sizi heç vaxt bizim xalqın, millətin başı üzərindən əskik etməsin. Sizə anamın adından da böyük təşəkkürmüzü bildirirəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu