"Microsoft" MSN saytında işləyən jurnalistləri robotlarla əvəz edəcək


"Microsoft" şirkəti MSN korporasiyasının portalında işləyən onlarla jurnalisti robotlarla əvəz etmək niyyətindədir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, avtomatlaşdırılmış sistemlər saytda yerləşdirilməsi üçün xəbərləri seçəcəklər.

Bildirilir ki, hazırda xəbərlərin başlıqları və mövzular jurnalistlər tərəfindən seçilir.

"Seattle Times" qeyd edir ki, iyun ayının sonuna qədər təxminən 50 nəfər jurnalist işini itirəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu