Qazax rayonundan Prezidentə: "Xalqa dəstəyiniz və yardımınıza görə Sizə “Çox sağ ol” deyirik"


"Möhtərəm cənab Prezident.
Vətənini, millətini sevən hər kəs dünya ölkələrinin iqtisadi cəhətdən böhran keçirdiyi bir vaxtda koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlərə, xalqa möhtəşəm dəstəyiniz və yardımınıza görə Sizə “Çox sağ ol!” deyir. Sizin təşkilatçılıq bacarığınız, hər zaman insan amilinə önəm verməyiniz xalqımız tərəfindən yüksək dəyərləndirilir".

Bu sözləri Qazax rayonundan  Orxan Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda yazır: 

"Azərbaycan  Sizin qətiyyətli və mütəşəkkil fəaliyyətiniz sayəsində bu gün ölkəmizin ən ucqar kəndlərində belə insanlara qayğı ilə yanaşılır. Vətəndaşların qarşılaşdıqları problemlərin həll edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu gün uğurlu kadr islahatlarınız sayəsində insanlarla müvafiq icra hakimiyyəti orqanları arasında olan ünsiyyət problem aradan qaldırılıb. Hər kəs qarşılaşdığı çətinliklə bağlı müraciət edir. Problemlər öz həllini tapır. Vətəndaş onu dinləməyi bacaran, öz işinin məsuliyyətini dərk edən, vicdanlı məmurlarla qarşılaşır. Bu amil bizim dövlətimizə və onun gələcəyinə olan inamımızı daha da artırır. Qazax rayonu Xanlıqlar kəndi S.Vurğun küçəsinin sakinlərinin 50-60 ildir ki, qarşılaşdığı tullantı sularının axıdılması problemi də öz həllini tapmışdır.
Cənab Prezident, xalqımız üçün gördüyünüz işlərə görə Sizə kənd sakinləri adından dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq".


Paylaş

Bizi Facebookda izləyin
menu
menu