"Bavariya" darmadağınla qalib gəlib


Almaniya Bundesliqasında XXIX turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, lider "Bavariya" autsayderlər zonasında qərarlaşan "Fortuna"nı meydana çıxmağına peşman edib.

Münhendə baş tutan görüşdə meydan sahibləri rəqib qapısından 5 cavabsız top keçirərək, çempionluq yolunda daha bir addım atıb.

Avropa Liqasına iddia edən "Şalke" Gelzenkirhendə son pillələrdə qərarlaşan "Verder"ə məğlub olub.

"Volfsburq" isə doğma azarkeşləri önündə "Ayntraxt"la bacarmayıb.

Qeyd edək ki, turun qalan oyunları mayıb 31-də iyunun 1-də keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu