Deputat: “Azərbaycan işğalla heç zaman barışmayacaq”

“Beynəlxalq aləmin Azərbaycana birmənalı dəstəyi var, Azərbaycanı haqq işində dəstəkləyir”

“Ermənilərin isə burada əsas məqsədi Azərbaycana psixoloji təzyiq etmək, ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmaq idi. Ancaq buna nail ola bilmədilər”



"Son illər ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər görülüb. Çadırda ağır şəraitdə yaşayan insanlar ımızevlə təmin olunublar.  Bu il 7000-8000 arası insanın evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu fikri bir daha təsdiq edir".

Bu sözləri “Sherg.az”a millət vəkili Ceyhun Məmmədov deyib.  Azərbaycanın  bu nailiyyətləri qısa müddətdə əldə etdiyini vurğulayan deputat  hesab edir ki, dövlət bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bütü zəruri tədbirləri həyata keçirir:

 "Dünya iqtisadiyyatında baş verən bütün mənfi tendensiyalara baxmayaraq Azərbaycan sosial layihələrə maliyyə dəstəyinin göstərilməsinə davam ediləcək. Bu kateqoriyadan olan insanlara dəstəyini heç zaman əsirgəməyəcək. Azərbaycan işğalla barışmayıb və heç zaman barışmayacaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, Ermənistan iqtisadiyyatı isə sürətlə çökür.

Ermənistan regionda həyata keçirilən bir çox mühüm və qlobal layihələrdən kənarda qalıb. Azərbaycan tezliklə öz torpaqlarını işğaldan azad edərək Dağlıq Qarabağda yenidən təmir-bərpa və quruculuq işləri həyata keçiriləcək. Tikilən binalar və salınan qəsəbələr müvəqqəti xarakter daşıyır. Torpaqlarımızı işğaldan azad edəcək, tarixi abidələrimizi, o cümlədən Şuşa məscidini bərpa edəcəyik. Biz buna mütləq nail olacağıq.

Bu gün Azərbaycan ordusu bölgənin ən güclü və intizamlı ordularından biridir. Müasir texnika və silah-sursatla təmin olunub, mənəvi və fizik baxımdan torpaqlarımızı işğaldan azad etməyə qadirdir". 

C. Məmmədovun sözlərinə görə, diplomatiya yolu ilə mümkün olmadığı təqdirdə Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Biz bunu bir neçə dəfə göstərmişik:

"Lələtəpəni, digər əraziləri azad etdiyimiz kimi, digər torpaqlarımızı da tezliklə azad edəcəyik. Azərbaycan işğalla heç zaman barışmayacaq. Bildiyiniz kimi, Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi saxta seçkilər heç bir qurum tərəfindən qəbul edilmədi. Ermənistanın Şuşada keçirdiyi "andiçmə" şousu da dünya birliyi tərəfindən birmənalı qarşılanmadı. Beynəlxalq aləmin Azərbaycana birmənalı dəstəyi var, Azərbaycanı haqq işində dəstəkləyir. Ermənilərin isə burada əsas məqsədi Azərbaycana psixoloji təzyiq etmək, ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmaq idi. Ancaq buna nail ola bilmədilər və heç zaman nail ola bilməyəcəklər. Ermənistan bununla eyni zamanda, danışıqları pozmaq, vaxt qazanmaq məqsədi daşıyır. Daxili auditoriyaya hesablanmış riyakar addımlar atır. Görüntü yaradır ki, danışıqlar aparır, əslində isə münaqişənin həllində maraqlı deyil".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu