Ölkə başçısına minnətdarlıq: “Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq!”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Füzulidən olan Vəfa İbrahimov ölkə başçısına məktubunda bildirir:

Hörmətli cənab Prezident, mən bir vətəndaş olaraq Sizin daim xalqa göstərdiyiniz qayğı və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıdan qorxunc, gözə görünməz koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı Sizin qabaqlayıcı tədbirləriniz sayəsində, xalqa olan maddi və mənəvi dəstəyinizlə alındı. Çıxışlarınız, tövsiyələriniz və göstərişləriniz bizdə ruh yüksəkliyi yaratdı. Buna görə ailəm və öz adımdan Sizə təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu