Enerji içkiləri insan orqanizminə enerji, güc verə bilməz" - İddia

 "Orqanizmə enerjini verə bilən 3 komponent var”

“Onlardan biri yağ, ikincisi karbohidratlar, üçüncüsü isə zülallardır”



Enerji içkilərinin sağlamlığa ciddi ziyanından çox danışılıb. Dəfələrlə mətbuatda maarifləndirici işlər görülsə də, bu içkilərə olan tələbat azalmaq bilmir. İnsana müəyyən güc, enerji vermək adı altında reklam olunan bu içkilər hətta ölümə səbəb ola bilir.

3 gün öncə enerji içkisindən zəhərlənmə halı qeyd alınıb. İçkini qəbul edən şəxsin bədənində şişkinliklər, müəyyən qızartılar əmələ gəlib. Adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, artıq 3 gündür, qanında yuyulma prosedurları aparılır. 



Sözügedən içkilərinin orqanizmə enerji vermək gücündə olmadığını deyən Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, enerji içkisinin tərkibindəki maddələr zəhərlənən şəxsin bədənində qızartıların əmələ gəlməsinə səbəb olub. 
Ekspert bildirib ki, bu qızartılar çox olduqda təsir gücü də böyük olur:

“Hətta ölüm halları da baş verə bilər. Enerji içkilərinə çoxlu sayda inqridentlər daxil edirlər, hətta bu içkiləri qazlaşdırırlar. İçkiyə vurulan qazla reaksiya gedib və yaxud inqridentlərdən hansısa orqanizm tərəfindən qəbul olunmayıb deyə bədəndə yanlış reaksiya gedib. Baş verən zəhərlənmə ilə bağlı iki hal mövcuddur: Görünür, inqridentlər içkiyə əlavə olunanda içkiyə hansısa toksikoloji maddə düşüb. İkinci hal odur ki, zəhərlənən şəxsin oqranizmi bu inqridentlərdən hansınasa cavab verə bilməyib. Nəticədə allergiya, bədəndə qızartılar baş verib və zəhərlənmə olub”. 

E.Fərzəliyev qeyd edib ki, enerji içkiləri insan orqanizminə enerji, güc verə bilməz. Orqanizmə enerjini verə bilən 3 komponent var:

“Onlardan biri yağ, ikincisi karbohidratlar, üçüncüsü isə zülallardır. Zülalların əksəriyyəti amin turşularından təşkil olunub. İnsan orqanizminə enerji vermək qabiliyyətində olan bir maddə də etil spirtidir. Etil spirtinin 1 qramı maddələr mübadiləsinin metabolizmində 29 kalori enerji ayırır. Bu 3 komponentdən başqa orqanizmə enerji verə bilən maddə yoxdur. Sadəcə enerji içkisinə daxil edilən inqridentlər qısa müddət ərzində orqanizmə fizioloji təsir göstərmək qabiliyyətinə malikdir. Məsələn, kofenin tərkibindəki maddə sinir sisteminə ani təsir göstərir. Enerji içkilərindəki maddələrin də böyük əksəriyyəti belədir. Sayı çox olduğuna görə, eyni zamanda orqanizmin qəbul edə biləcəyi normadan artıq olduğu üçün içki dərhal təsir göstərir. Ona görə də enerji içkisi qəbul edən şəxs düşünür ki, içkini içib deyə enerjisi çoxaldı və “şirə”, “pələngə” döndü. Heç də belə deyil. Bu anlayış səhvdir. Həmin anlayışı yaradan da içkinin istehsalçılarıdır. Hamısı reklam xarakterlidir, istehsalçılar içkilərin enerji qabiliyyətinə malik olduğunu göstərmək istəyirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu