Kartof yığan başçı tənqid olundu: “Gözdən pərdə asır” 

“Necə oldu ki, Prezidentin son gördüyü tədbirlərdən sonra icra başçısı əməkçilərlə görüşdü? Bütün bunlar kampaniya xarakteri daşıyır”



Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. Kənddəki bir çox tarlalara baş çəkən icra başçısı əməkçilərə koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.
İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu addımının səmimi olmadığı bildirilib. İstifadəçilərin bir qismi icra başçısının süni olduğunu, “gözdən pərdə asdığını” düşünür.



AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı da “Sherg.az” açıqlamasında icra başçısının süni olduğunu bildirib:

“İcra başçıları neçə ildir ki, vəzifədədirlər. Necə oldu ki, Prezidentin son gördüyü tədbirlərdən sonra icra başçısı əməkçilərlə görüşdü? Bütün bunlar kampaniya xarakteri daşıyır. Onlar ürəkdən xalqla bir olsaydılar, əvvəldən bu işləri görərdilər. Ona görə də icra başçılarının bu əməlləri kampaniya xarakteri daşımamalıdır, onlar daim belə əməllər görməlidir. Əhali süni münasibət olduğunu hiss edir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu