Sənət adamları sonuncu dəfə hansı kitabı oxuyublar? – SORĞU 

Əsrlər nə qədər dəyişsə də istənilən dövrdə ehtiyac duyulan, dəyişməz qalan tək şey kitabdır. İnternet resursları və   texnologiyalar olmadan  bizləri xəyallar aləminə, kainatın  müxtəlif yerlərinə aparan kitablar dünya görüşümüzün zənginləşməsində mühüm rol oynayır. Böyük şair Səməd  Vurğunun da dediyi kimi “ Kitabsız bir ömrün nə mənası var “. Evdə keçirdiyimiz  karantin günlərində kitablar ən yaxın dostumuz olmaqla yanaşı həm də  bu müddəti səmərəli təşkil etməyimizə kömək oldu. Sözsüz, hər birimiz mütaliə etdik. Bəs həmişə göz qabağında olan tanınmışlar necə ? Onlarda kitabla dost oldularmı?


Elə sualımıza cavab axtarmaq məqsədilə tanınmışlar arasında sorğu keçirərək, ən son oxuduqları bədii kitabın adını soruşduq. 

Xalq artisti Brilliant Dadaşova “Sherg.az”a hələ də oxumağa davam etdiyi kitabdan danışdı:   

  Teodor Drayzerin  “Amerika faciəsi”ni  karantində oxumağa başlamışdım, hələ də  bitirməmişəm.  Amerikada 20 il bundan əvvəl oxumuşdum, amma  indi tamamlaya bilməmişəm. Çünki karantində evdə oturmadım, verilişlərə, səsyazma studiyasına getdim. Hətta Amerika radiosu ilə canlı yayımımız oldu, proqramlara  qatıldıq. Ona görə bir ay yarımdır, oxuyub qurtara bilməmişəm.

Xalq artisti Məleykə Əsədova  isə nəinki karantində ,hər zaman mütaliə etdiyini söylədi:

“Mütaliə əsas xəttimdir. Bədii əsərdən daha çox şeirlər oxuyuram. Gördüz ki, karantində də  şeirlər hazırladım.”

Sevilən muğam ifaçısı, əməkdar artist Babək Niftəliyev də daha çox şeiriyyata üstünlük verdiyini  bildirdi:

“Ancaq Əliağa Vahiddən, Füzulidən,  Nəsimidən  qəzəllər oxuyuram,  başqa kitab yox.  Tanınmış şairlərin şeirlərini öyrənirəm...”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu