Sürücülərin nəzərinə: Abşeronda hərəkət məhdudlaşdırılır


Abşeron rayonu ərazisində nəqliyyatın hərəkəti qısamüddətli məhdudlaşdırılacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 
Bildirilib ki, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində iyunun 1-i səhər saatlarından hərəkət qısa müddətə məhdudlaşdırılacaq.
Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu