Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə NOTA verdi

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.

APA RİA Novosti-yə istinadən buna səbəb ABŞ polisinin rusiyalı müxbirə qarşı qeyri-qanuni rəftarı olub.

Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliyin rəhbəri Anatoli Antonov bildirib ki, RİA Novostinin müxbirilə yanaşı, onun yanında olan ABŞ mediasının digər üzvləri də yerli polisin qeyri-qanuni rəftarına məruz qalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu