Həkim-virusoloq: “İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

  “İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

APA-nın məlumatına görə, bu barədə Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, həkim-virusoloq Viktor Lariçev RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, inşaat respiratorları xüsusi materialdan hazırlanmış daha yaxşı süzgəcdən ibarətdir: “Adi tibbi maskalar tozu o qədər də tutmayır, ancaq bu respiratorlar tozun udulmasına imkan vermir”.

Lariçev əlavə edib ki, sözügedən respiratorlar virusun yayılmasını, eyni zamanda virusdan qorunmağı təmin edir: “İnşaat respiratorları danışarkən, hətta asqırarkən və ya öskürərkən nəfəsdən ayrılan virusların ətrafa yayılmasının qarşısını alır”.

Həkim-virusoloq eyni zamanda, respiratorların üzü daha sıx bağladığını vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu