Ağsuda bir ton çətənə kolu yandırılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbmehdibəy kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi bir ton olan 2600 ədəd yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu