Etibarnamə ilə avtomobil idarə etmək ləğv edilir? - Aktuallığını itirib


Avtomobilin idarəolunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir.

“Sherg.az” xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deyib. 

Parlament üzvü bildirib ki, etibarnamə sovetdən qalma məsələdir:

“İnkişaf etmiş ölkələrdə avtomobilin idarəolunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkalardan istifadə edib onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarəetmək məsələsinin ləğv edilməsini təklif edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu