Liderə məktub: “Fəxr edirəm ki, Sizin kimi qayğıkeş və humanist dövlət başçımız var”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Gəncədən Fazil Səfixanov ölkə başçısına məktubunda qeyd edir: 
“Çox hörmətli cənab Prezident, pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya və təmizlik işlərinə görə Sizə minnətdarlıq bildirməyi özümə borc bilirəm. Mən fəxr edirəm ki, Sizin kimi qayğıkeş və humanist dövlət başçımız var. Azərbaycanın uğurlarını gözü götürməyən insanlara, bu ölkəyə qara ləkə kimi yapışan ünsürlərə, həmçinin xalqın çətin günündə xəyanətkar mövqe tutan şəxslərə qarşı mübarizənizi də dəstəkləyirəm. İnşallah, Vətənimizi belələrindən təmizləyib ağ günlərə çıxaracaqsınız. Bu yolda bir vətəndaş olaraq hər zaman Sizinləyəm. Allah Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu