İnsanlar restorandan çıxıb xəstəxanaya gedirlər – Zəhərlənirlər ! 

“Çıxış yolu ictimai şüuru dəyişməklə yanaşı, həm də qanunvericiliyin tələblərini sərtləşdikməkdir”



“Çox zaman süfrədə iki-üç gündən qalar yeməklər olur. Vallah, elə toy olub ki, evə ac qayıtmışam”.
Bu sözləri tanınmış sosioloq Əhməd Qəşəmoğlu toyların formatı haqqında danışarkən deyib. 
O qeyd edib ki, həm də saatlarla davam edən səs-küy bir çoxlarını narahat edir:
“Bunun üçün yaxşı olar ki, restoran ara kəsmə ilə iki yerə bölünsün-bir tərəfdə əylənənlər, bir tərəfdə isə istirahət edib, söhbətləşənlər olsun. İndiki toylar bizim cəmiyyətimizə çox ciddi zərbə vurur. Bunun qarşısını almaq lazımdır. Belə toy olar? Niyə ev sahibi 55-60 növ yemək sifariş etməyə məcbur qalmalıdır ki, xərci də çox olsun?! Dediyim kimi, format tamamilə dəyişilməli, radikal addımlar atılmalıdır. Nəinki Qərbdə, hətta qonşu Türkiyədə, İranda da toylar çox sadə keçir. Əgər Avropalaşmaq istəyiriksə, biz də bu təcrübədən istifadə etməliyik”

Doğrudan da, toyda zəhərlənmə halları, az qala, artıq adi hala çevrilib. İstirahə getdiyin halda, bir də gözünü açırsan ki, klinikada, ağ çarpayılı palatadasan...

Qida təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev kifayət qədər aktual olan mövzu ilə bağlı “Sherg.az”a danışıb. O, bu cür hallarla mübarizə aparılmasını zəruri hesab edir:

“Elə məhsullar var ki, daha tez xarab olurlar. Məsələn salatlar, balıq məhsulları bu qəbildəndir. Onların saxlanma müddəti ən çoxu bir gündür. Daha çox saxlanıldıqda qida zəhərlənmələri ilə üzləşirik. Restoran sahibləri məsələyə həssas yanaşmalıdırlar. Bu, insanlıq, mənəviyyat məsələsidir. Çıxış yolu ictimai şüuru dəyişməklə yanaşı, həm də qanunvericiliyin tələblərini sərtləşdikməkdir. Bəlkə, belə olan toyda, şənlikdə zəhərlənənlərin sayı azalar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu