Sakinlərdən Prezidentə təşəkkür: “Kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Salyan rayonunun Kürsəngi kəndindən Ağa Ağamaliyev, Nurlan Bürcəlizadə, Elşən Aydınov, İslam İmanov və Şamxal Məhərrəmov Prezidentə yazırlar: 

“Hörmətli cənab Prezident, Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməyiniz bizim üçün əvəzsiz töhfə olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yerləri yaranmışdır. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşılaşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir vermişdir. Möhtərəm Prezident, pambıqçılığa böyük yer verdiyiniz üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu