Əlləri ilə bəsləyir: Qarğa balası xilaskarının çiynindən düşmür - FOTOLAR


Türkiyənin  Bursa şəhərinin İnegöl qəsəbəsində qaynaqçı işləyən Recep Evren (60), tarlada xəsarət alan qarğanı öz iş yerinə gətirib, ona qulluq edir. İndi quş bir an olsun belə ondan ayrılmır. Evren qarğanı çiynindən yerə salmağa çalışsa da quş əl çəkmir: "Məni çox sevdi, məhəbbət quşu kimi çiynimi tərk etmir”.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, Recep Evren bir müddət əvvəl öz tarlasında ağacdan düşmüş bir qarğa balası görür.
İtlərin hücumuna məruz qalan və uçmaqda çətinlik çəkən qarğanı iş yerinə gətirən Evren onu burada qidalandıraraq, sağaldır.
Diqqət görən qarğa isə iş yerini tərk etmir. Evren də ona “Maşuk” adını verib.



Baş verənləri anladan Evren, "Mən əkinçiliklə də məşğulam. Sahəyə getdim. Baxdım itlər onu yeyəcək, qurtardım. İndi bir an olsun belə iş yerimdən uzaqlaşmır. Əlimlə bəsləyirəm, çiyinlərimdən düşmür. Ona uşaq kimi baxıram”.
Müştəri Həsən Ayar çox gördüklərindən təəccübləndiyini bildirib: "O quşun sevgisini heç bu qədər zənn etməzdim. Bunu görmək çox gözəldir".

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu