25 yaşlı gənc məktub yazıb özünü asdı: “Mən getdim”

Göyçay rayonunda intihar hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb.

Rayonun Veysəlli kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 1975-ci il təvəllüdlü Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb. Onun intihardan öncə “Haqqınızı halal edin, mən getdim” sözləri yazılan məktubu tapılıb.

Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu