Ramzan Kadırov BMT-ni ABŞ hakimiyyətini cəzalandırmağa çağırdı

Çeçenistan lideri Ramzan Kadırov Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, ABŞ hakimiyyətinin zorakılıq və qanunsuz hərəkətlərə görə cəzalandırılmasını istəyib.

Bunu R.Kadırov özünün “Teleqram” kanalında yazıb.

Çeçenistan rəhbəri ABŞ-dakı vəziyyəti dəhşət içində izlədiyini etiraf edib: “Adi vətəndaşların hüquqları dövlət nümayəndələri tərəfindən kobudcasına pozulur”.

R.Kadırov ABŞ hakimiyyətindən vətəndaşlara qarşı qanunsuz hərəkətləri dayandırmağı tələb edib. O, həmçinin BMT-dən məsələyə müdaxilə etməsini və tədbir görməsini istəyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu