Yoluxma statistikası göz qabağındadır

"Dünən xəstələrin yerləşdirilməsi üçün Bakıda yer tapılmırdı"

İnsanların infeksiyaya zarafatla yanaşması həkimi təəccübləndirir

Koronavirus pandemiyası ilə mübarizə sahəsində informasiya sahəsində zəruri tədbirlərə dair Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.

 Bununla belə, yenə də koronavirusa inanmayan, sosial izolyasiya qaydalarına əməl etməyən vətəndaşlar var.


 
Həkim-allerqoloq Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında insanları diqqətli olmağa çağırdı:

"Statistika göz qabağındadır. Hətta dünyanın nəhəng ölkələri də bu infeksiya ilə bacarmırlar. İranın Xarici İşlər Nazirliyi artıq bəyan etdi ki, biz əllərimizi qaldırırıq. Təkcə bu fakt koronavirusun nə qədər ciddi xəstəlik olduğunu deməyə əsas verir. İnsanların bu infeksiyaya belə zarafatla yanaşması bir həkim kimi məni təəccübləndirir. Hətta ali təhsillilər də soruşurlar ki, doğrudan, koronavirus var? İnsanlar, deyəsən, yoluxana kimi buna inanmaq istəmirlər. Amma sonra çox gec olacaq".

Həkimin sözlərinə görə, mübarizə gücləndirilməlidir:
"Dünən xəstələrin yerləşdirilməsi üçün Bakıda yer tapılmırdı. Bu bilirsiz nə deməkdir? Görünür, inzibati addımlar kifayət etmir. Təklif edirəm ki, bu istiqamətdə fəaliyyət göstərən ictimai qurumlar yaradılsın, nəzarət gücləndirilsin".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu