Orta məktəblərdə hərbi dərsləri bərpa edilsin - Deputatdan təklif

“Orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisi bərpa olunmalıdır”. 
 “Sherg.az” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib. 
Deputat bildirib ki, bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir: 

“Qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var. Hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb. Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu