Anasını və bacısını güllələyən təslim oldu

Bərdədə anasını və bacısını öldürən şəxs polisə təslim olub.
Lent.az -ın məlumatına görə, qətli törədən 24 yaşlı Tural Zeynallı bu gün günorta saatlarında Bərdə rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.
Qeyd edək ki, iyunun 1-də gecə saatlarında rayonun Alaçadırlı kəndində T.Zeynallı qısqanclıq zəminində 41 yaşlı anası Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu