Müharibə mesajı: “Daha başqa çıxış yolu yoxdur”

“Ermənilər illuziya içindədirlər. Hərbi əməliyyatlar düşməni illuziyadan çıxaracaq”



Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi silah gücünün düşmənlə danışılacaq yeganə güc olduğunu bildirib. Məlumatda, həmçinin qeyd olunub ki, Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək:

“Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.

Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!”. 

Bu açıqlamanı “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarlı hesab edir ki, düşmən bizə başqa seçim yolu qoymur: 

“Adətən bu cür münaqişələr konseptual yanaşma tələb edir. Yəni bir mərhələdə danışıqlar, başqa bir mərhələdə hərbi əməliyyatlar aparılmalıdır. Amma görünür, daha müharibədən başqa çıxış yolu yoxdur. Ermənilər illuziya içindədirlər. Çünki onlar öz işğalçı siyasətlərini yeridərkən regiondan kənardakı qüvvələrdən dəstək alırlar. Hərbi əməliyyatlar düşməni illuziyadan çıxaracaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu