Ermənistanda qəzaya düşən hərbçilərdən biri öldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu yol qəzasında ölüb.
APA-nın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün qeydə alınıb.
Ermənistanın Tavuş vilayətində Müdafiə Nazirliyinə məxsus "UAZ" markalı avtomobil naməlum şəraitdə ağaca çırpılıb.
Nəticədə Ermənistan Müdafiə Nazirliyininin 1 hərbi qulluqçusu ölüb, daha 1 hərbçi isə xəsarət alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu