Bu rayonun prokuroru işdən çıxarıldı

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az -a bildirib ki, eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu