"DİM-in son qərarı abitruyentlər arasında panika yaradacaq" - Kamran Əsədov 

"Bu uşaqlar illərdir  qəbul imtahanlarına hazırlaşır. Nə qədər maddi, mənəvi əziyyətləri olub. Adi bir qızdırma səbəbindən onların imtahana buraxılmaması ədalətli deyil"

 Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ötən gün keçirdiyi onlayn brifinqdə deyib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq. Hər imtahan binasının yanında təcili yardım maşını olacaq.

Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq. Eyni zamanda imtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar.  Bəyannamədə imtahan iştirakçısının adı, familiyası, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd ediləcək. İmtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün göstərilməsinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyacaq. 
Həmçinin DİM-dən verilən məlumata görə,  əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı qəsdən gizlədərsə, bu zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər.  

 DİM-in bu qərarını  həddindən artıq sərt hesab edən təhsil eksperti Kamran Əsədov qurumun pandemiya ilə əlaqədar  həyata keçirdiyi qabaqlayıcı addımları təqdir etsə də, imtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmamasını abitruyentlərə qarşı haqsızlıq kimi  dəyərləndirib:



"İmtahan iştirakçılarının sağlamlığı və təhlükəsizliyi baxımından  bu addımlar anlaşılan olsa da, mövcud vəziyyətdə  bu qaydaların  abitruyentlər arasında panika yaradacağı  ehtimalı da nəzərə alınmalıdır. Şəxsən öz adıma koronavirus səbəbiylə abitruyentlərin  imtahanlara buraxılmaması və ya nəticələrinin ləğv edilməsi edilməsinin düzgün olmadığını düşünürəm".

  DİM-in qərarını xatırladan K. Əsədov deyib ki, imtahan iştirakçıları tibbi maska taxmalıdırlar və imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni də çap edib, özləri ilə gətirməlidirlər.

Həmçinin DİM imtahan iştirakçılarına  imtahana gələrkən özü və ailə üzvlərindən heç birində son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı müəyyən edilməməsinin, son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyası aşkar edilmiş heç bir şəxslə təmasda olmamasının, bu imtahana gələrkən bədən hərarətinin 37°C-dən aşağı olmasını, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomları mövcud olmamasını öz imzası ilə təstiq etdiyi bəyənnamə imzaladıb imtahana buraxacaq. Halbuki sağlam insanın hərarəti normada 36-36,5 aralığında olsa da,  ani səbəblərdən 37-yə qalxa bilər. Əgər qolaltı ölçmədə subfebril hərarət (37.2-37.5) 1 həftə və daha artıq müddət müşahidə olunusa, bu artıq ciddi bir simptomların göstəricisi kimi qəbul olunur.  

Arada bir qalxan temperatur narahatlıq üçün heç bir əsas vermir. Həm də ki, bu uşaqlar illərdir  qəbul imtahanlarına hazırlaşır. Nə qədər maddi, mənəvi əziyyətləri olub. Adi bir qızdırma səbəbindən onların imtahana buraxılmaması ədalətli deyil. Hesab edirəm ki, DİM  mövcud qərarını yumşaltmalı, müəyyən güzəştlər etməlidir.  Xüsusən də nəzərə almaq lazımdır ki, indi yay aylarıdır.  Havaların istiliyi bir yandan,  digər yandan da şagirdlərin  imtahan həyəcanı, uzun müddət tədris prosesindən kənar qalmanın verdiyi narahatlıq  bədən temperaturunun müəyyən qədər  qalxmasına səbəb ola bilər". 
Mövcud statistikaya görə, ölkəmizdə 6 mindən çox adamın koronovirusa  yoluxduğunu vurğulayan K. Əsədov deyib ki, bu ən azı 6 min şagirdin qohumu, tanışı deməkdir.  Hələ koronavirus daşıyıcı olub bundan xəbərsiz  nə qədər insan var.  Şagird hardan bilsin ki, onun təmasda olduğu adamda  bu visus var ya yox? Düşünürəm ki, DİM bütün bu faktorlaraı nəzərə almalı və abitruyentlərə qarşı bir az yumşaldıcı mövqe nümayiş etdirməlidir. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu