Məktəblidən ölkə başçısına təşəkkür: “Sizin sayənizdə pandemiyanın fəsadları ölkəmizdə minimum səviyyəyə endirildi” 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Sumqayıt şəhərindən şagird Kənan Mahmudlu ölkə başçısına yazır:  

“Möhtərəm cənab Prezident, mən təbiət elmləri təmayüllü gimnaziyanın 6-cı sinif şagirdiyəm. Hazırda dünyanı sarsıdan koronavirus bəlası Azərbaycanda da yayılmışdır. Hörmətli Prezidentim, Sizin uzaqgörənliyiniz sayəsində bu bəlanın fəsadları ölkəmizdə minimum səviyyəyə endirildi. Əhalinin sağlamlığının qorunması və xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində mühüm işlərinizə görə sinfimizin şagirdləri adından Sizə dərin minnətdarlığımı bildirirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu