Cəbhə bölgəsindən dövlət rəhbərinə yazırlar: “Xalqımız Sizə arxalanır və güvənir”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Beyləqan rayonunun sakinləri Mircəfər İsmayılov, Yasəmən Hüseynova, Cəfər Cəfərov və Mansır Kərimov liderə yazırlar: 

“Hörmətli cənab Prezident, Sizin prezidentliyiniz dövründə Azərbaycan böyük uğurlar əldə etmiş, çətinliklərin öhdəsindən mətinliklə gəlmişdir. Cəbhə bölgəsində yaşayan məcburi köçkünlər olaraq inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən sosial baxımdan həssas ailələrə xüsusi qayğı göstərilməsi, ərzaq yardımlarının verilməsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, xalqımız Sizə arxalanır və güvənir. Çünki ataların bir məsəli var: “Gördüyünü qoyub, görəcəyə getmə”. Sizin gördüyünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu