Kənd sakini Prezidentə yazır: “Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

İmişli rayonunun Yuxarı Qaralar kəndinin sakini Şəmsiyyə Rahmanova  Prezidentə məktubunda bildirir:

“Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan gənci kimi dünyada, eləcə də ölkəmizdə gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, ölkəmizin Sizin kimi Prezidenti var. Sizə minnətdarıq, cənab Prezident”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu