Koronavirusa qarşı yoğurtşəkilli peyvənd hazırlanır

Rusiyada Eksperimental Tibb İnstitutunun alimləri koronavirusa qarşı yoğurtşəkilli peyvənd yaradırlar.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Vladimir Çexonin deyib.
Onun sözlərinə görə, hazırda dərmanın klinik sınaqları aparılır.
Yeni preparat aerozol və ya instillasiya şəklində ağız vasitəsilə bədənə daxil olan mukozal peyvəndlər növünə aiddir.
Çox vaxt bu cür dərmanlar antigenləri həzm fermentlərindən qorumaq üçün mikrokapsullara yerləşdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu