Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb

Həyata keçirilən tədbirlər ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin edib, perinatal yardım sahəsində islahatları sürətləndirib.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, ölkədə ana və uşaqların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlər nəticəsində ana və körpə ölümü göstəriciləri azalıb. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2010-cu ildə 15,7 olmuşdursa, 2019-cu ildə bu rəqəm 14,9 təşkil edib. Körpə ölümü göstəricisi isə hər 1 000 diridoğulana 2010-cu ildə 11,2 idisə, 2019-cu ildə 11,0 təşkil edib.

Eyni zamanda, bildirilir ki, 2020-ci ilin əvvəlində Azərbaycan əhalisinin 26,2 faizini, yəni 2636,8 min nəfərini uşaqlar təşkil edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu