Aztəminatlı yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək


Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiya"da öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi təmin olunmalıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu