Pentaqon iğtişaşlara görə Vaşinqtona 1 600 hərbçi göndərdi

Pentaqon afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etiraz aksiyalarının keçirildiyi Vaşinqton şəhərinə 1 600 hərbçi göndərib.

Bu barədə MK qurumun rəsmi nümayəndəsi Conatan Hoffmanın açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, əsgərlər Vaşinqtonun özünə deyil, paytaxt bölgəsindəki hərbi bazalara göndərilib. Hərbi qulluqçular yüksək hazırlıq vəziyyətindədir, lakin mülki hakimiyyət orqanlarının fəaliyyətində iştirak etmirlər.

Afroamerikalı Floydun öldürülməsi nəticəsində Minneapolis şəhərində başlamış etiraz və iğtişaşlar dalğası ABŞ-ın əksər şəhərlərini bürüyüb. İğtişaşların başlaması ilə dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu