Mövqelərimiz güclənir: “Azərbaycan heç kimdən kömək istəməyib” 

“İndi qarşıda duran əsas məqsəd iqtisadiyyatımızın dayanıqlılığını qoruyub saxlamaqdır”  


İyunun 1-də Azərbaycan dövlət başçısı ilham Əliyev  Asiya İnkişaf  Bankının təşəbüsü ilə keçirilmiş videokonfransda iştirak edib. Görüşdə Asiya  İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın Azərbaycan haqqında müsbət fikirlər söyləyib.

Azərbaycan və Asiya İnkişaf Bankının güclü tərəfdaş olduğu vurğulanıb. Həmçinin bildirilib ki, Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının prioritetləri özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır.

 Bununla bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib: 
“Son vaxtlar videokonfransların sayının artması Azərbaycana beynəlxalq aləmdə böyük divident qazandırır. Ölkəmizin nüfuzu, hörməti daha da artır, mövqelərimiz güclənir”. Deputatın fikrincə, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətlidir: 

“Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanla Asiya İnkişaf  Bankının 20 ilə yaxın tarixçəsi var. İlk dəfə olaraq 2015-ci ildə Bakıda tərəflər arasında toplantı keçirilib. Sonradan bizim çox güclü tərəfdaşlığımız yarandı. Həmçinin qeyd etməliyəm ki, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı 3 milyard avroya yaxın kredit əsasən infrastuktur layihələrə, taleyüklü məsələlərə xərclənib”. 

 R.Quliyevin sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizədə dünya ölkələrinə nümunədir:

“Əvvəllər bir neçə dəfə olduğu kimi yenə ÜST ölkəmizin atdığı addımları, həyata keçirdiyi sosial-iqtisadi layihələri yüksək qiymətləndirdi. Videokonfransda dünyanın 150-dən çox ölkəsinin müxtəlif  beynəlxalq qurumlardan kömək istədiyi xatırlandı. Sevindirici və fərəhləndirici haldır ki, Azərbaycan heç kimdən kömək istəməyib. Hökumətimiz öz gücünə bu məsələni həll edir. Pandemiya ilə mübarizə üçün ölkəmizin ayırdığı 2 milyard  avro vəsait məqsədyönlü şəkildə sərf olunur. Biz bu sınaqdan minimal itkilərlə çıxmağı bacardıq. İndi qarşıda duran əsas məqsəd iqtisadiyyatımızın dayanıqlılığını qoruyub saxlamaqdır”.  

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu