“Karantin rejimi yenidən sərtləşdirilə bilər”

“Bir qədər məsuliyyətli hərəkət etməliyik. Ola bilər ki, bədənimiz bu virusa güc gəlsin. Lakin, bizlər digərlərini də nəzərə almalıyıq”



“Koronavirus pandemiyası bütün dünyada öz təsirini göstərməkdə davam edir”.
Bunu “Sherg.az”a açıqlamasında gənc siyasi ekspert Rusif Məmmədsoy deyib.
Ekspert bildirib ki, bunun başlıca səbəbi insanların verilən göstərişlərə məsuliyyətlə yanaşmamasıdır: 

“Bəzi adamlar virus əleyhinə tibbi vasitələrdən istifadə etmək istəmirlər. Bunun kimi bir sıra göstərişlərə də riayət etmirlər. 
Anlamaq lazımdır ki, belə olduğu halda itkilər daha da çox olacaq.

Dövlət karantin rejimini ona görə yumşaltmadı ki, topa şəkildə oturaq, gəzək və iaşə obyektlərində, ictimai məkanlarda əylənək. Bu addım atılmalı idi. 



Çünki, bütün dünya ölkələrini, xüsusilə də qlobal gücləri belə iqtisadi böhrana sürükləyən bu proseslər bizdə də nə zamansa müşahidə edilə bilər. O baxımdan bütün bunları nəzərə alaraq iş yerləri açılmalı idi. Lakin, bu, heç də o demək deyil ki, bizlər göstərişlərə riayət etməməli və əvvəlki həyatımıza geri dönməliyik”. 

R.Məmmədsoy bildirib ki, insan həyatı hər şeydən önəmlidir: 

“Karantin rejimi yenidən sərtləşdirilə bilər. Bir qədər məsuliyyətli hərəkət etməliyik. Ola bilər ki, bədənimiz bu virusa güc gəlsin. Lakin, bizlər digərlərini də nəzərə almalıyıq. Ən azından daşıyıcı ola bilərik. Tibbi vasitələrdən mütləq şəkildə istifadə edilməli, topa halda bir yerdə durmamalı və sosial məsafəni saxlamalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu