Kievdən dövlət rəhbərinə yazırlar: “Bu addımlar bir daha sübut edir ki. Siz daim xalqın yanındasınız” 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. 


Ukraynanın paytaxtı Kiyevdən tələbələr Murad Məmmədov,  Elnur Manafov,  Nicat Zeynalov,  Sərxan Qasımov 
 və başqalarından Prezidentə məktubunda bildirir: 

“Möhtərəm cənab Prezident, dünyada COVID-19 pandemiyasının yayılması səbəbindən sərhədlərin bağlanması nəticəsində vətənə dönə bilməyən Ukraynada təhsil alan azərbaycanlı tələbələr adından bizə göstərdiyiniz dəstək və yardıma görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması uçun verdiyiniz mühüm qərarları, hazırda ölkə xaricində qalan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndiririk. 

Bu çətin vaxtda atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki. Siz daim xalqın yanındasınız. 

Qərib ölkədə qaldığımız müddətdə bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə, əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə hər birimizin adından Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu