Bu nəqliyyatlardan istifadə həftə sonları tam qadağan olunacaq - Qərargah

“İctimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları tam qadağan olunacaq, yalnız müəyyən sahələrlə çalışanlara bağlı istisnalar nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu gün tibb müəssisələri fədakar həkimlərimizin əməyi ilə xidmət göstərməkdədir: “Həkimlər çox əziyyətli olsa da, öz fəaliyyətlərini davam etdirirlər. Bir çox xarici ölkələrdə xəstələr orta və ağır vəziyyətə gələnə qədər evdə qalırlar. Ancaq bizdə hər bir xəstə pozitiv nəticə verən zaman müvafiq tibb müəssisəsinə yerləşdirilir. Məhz bunun nəticəsidir ki, bu qədər xəstə sayına baxmayaraq, itirdiyimiz xəstələrin sayı azdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu