Məcburi köçkündən Ali Baş Komandana: “Veteranlara və şəhid ailələrinə daim dəstək göstərirsiniz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Laçın rayonunun Ələkçi kəndindən olan məcburi köçkün Əlizamin Mirişov Gəncədən ölkə başçısına yazır: 

“Hörmətli Prezidentimiz, bütün xalqımız kimi, mən də bu ağır COVID-19 pandemiyası günlərində xalqımızın yanında olduğunuz, bizim qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının gözünə çıraq etsin.

Eyni zamanda, respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırki ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır.

Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz vardır.

Mən də, yaşlı valideynlərim də daim Sizin daxili və xarici siyasətinizi izləyir, ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndər siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu