Sərtləşdirmədə mediaya da məhdudiyyət qoyulacaq - RƏSMİ

“Kütləvi informasiya vasitələrinin həftəsonları işləyib-işləməyəcəyi hələ bəlli deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu, baş nazirin çıxışından sonra bilinəcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı (TƏBİB) qeyd edib ki, məhdudiyyətlər kütləvi informasiya vasitələrinə də aid edilə bilər:

“Məhdud sayda televiziya əməkdaşına işə gəlməyə icazə veriləcək”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu