Ramin Bayramlıdan karantin qaydalarını pozanlara XƏBƏRDARLIQ

“Koronavirusa yoluxanların sayının artması müşahidə edilir. Bu sayların hər gün açıqlanmasına baxmayaraq, bəzi yerlərdə vətəndaşlar qaydaları pozmağa cəhd edirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Fəvvarələr Meydanında, metroda qaydaların pozulması halları müşahidə edilib:
“Metroda polislərin tələblərinə riayət edilməməsi qəbuledilməzdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu