Nəsib bəy Yusifbəylinin nəvəsi Nəsib bəy Yusifbəyli dünyasını dəyişib



 Fotoda: Nəsib bəy Yusifbəylinin oğlu Niyazi oğlu Nəsib bəylə 
 
Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin adını daşıyan nəvəsi Nəsib bəy Yusifbəyli Kürdəmir dünyasını dəyişib. İzmirdə yaşayan Nəsib bəy əczəxanədə çalışırdı. Türkiyədən aldığı bu üzücü xəbərdən sonra "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mərhumun bacısı Şaika xanımla əlaqə saxlayıb və ona baş sağlığı verib. Nəsib bəyin vəfatının Azərbaycan üçün böyük bir itki olduğunu vurğulayan A. Aşırlı Şaika xanıma istinadən deyib ki, Nəsib bəyi qəfil ölüm yaxalayıb. O xəstə yatmayıb: "Nəsib bəy Yusifbəyli Azərbaycan üçün çox önəmli bir sima idi. Onun ölümü məni çox sarsıtdı. Əslində onunla görüşməyi çox istəyirdim. Görünür, qismət deyilmiş.Tanrı ruhunu şad etsin!”


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu