Daşkəsəndə qardaş bacısını qətlə yetirib - RƏSMİ


Daşkəsəndə qardaş bacısını qətlə yetirib. 

Daşkəsən Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu