“Hərbi təlimlər müharibə ehtimalını artırır” – O gün uzaqda deyil !

“Əgər müharibə olsa, mütləq tarixi ədalət bərpa edilməli, haqq-ədalət yerini tapmalıdır”



“Heç kimə sirr deyil ki, Ermənistan sülhə yaxın durmur. Baş qərargah rəisinin hərəkətləri, cəbhə bölgəsindəki vəziyyətlə maraqlanması belə deməyə əsas verir”. 
Bu sözləri "Sherg.az"a politoloq İlqar Vəlizadə dövlət başçısı İlham Əliyevin Tərtər Olimpiya-idman kompleksinin açılışındakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində hərbi, iqtisadi və siyasi gücümüz haqqında danışarkən dedi. 

İ. Vəlizadə, həmçinin bildirdi ki, biz düşmənin  hər cür addımına hazır olmalıyıq: 



“Ermənistan nəinki danışıqlar aparmaq istəmir, hətta müharibə yolu ilə yeni ərazilər işğal etməyi planlayır. Onlar bir neçə dəfə yeni müharibənin yeni işğalla nəticələnəcəyini dilə gətiriblər. Düşmən beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Beynəlxalq ictimaiyyət isə buna göz yumur, heç bir reaksiya göstərmir. Əslində Azərbaycanın qarşı tərəfin bütün addımlarına, hətta hərbi yolla belə, cavab vermək hüququ var.  Son vaxtlar ordumuzun keçirdiyi təlimlər müharibə ehtimalını artırır. Əgər müharibə olsa, mütləq tarixi ədalət bərpa edilməli, haqq-ədalət yerini tapmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu