“Ermənilər Dağlıq Qarabağa ən təhlükəli terrorçuları yığır”

“Orada düşərgələr yaradırlar. Bu haqda nə qədər desəniz videogörüntülər var”

“Bir yolumuz var: terrorla mübarizə adı altına hücum edib, ərazilərimizi geri qaytaraq. Buna gücümüz yetir”


“Ermənistan dövləti yaradılanda terrorçu dövlət kimi yaradıldı. Bu dövlətin yaşaması yalnız terrora söykənir. Bütün dövrlərdə bu dövlətin başında terroru dəstəkləyən qüvvələr dayanır”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.

Tarixçinin sözlərinə görə, erməni kilsəsi birbaşa terrorun önündə dayanır:

“Yarandığı gündən bu fəaliyyəti yaymaqla məşğuldur. Baxın, Şuşaya - qondarma “Artsak” adlı “qurum”un rəhbərinin andiçmə mərasiminə gələn Ermənistan prezidenti Nikol Paşinyanın ətrafı erməni terrorçuları ilə dolu idi. Zori Balayan kimi cocuq qatili də orada idi. Bütün dünya Nijdeni terrorçu kimi tanıyır, amma Paşinyan bir addım geri çəkilmir. Həm də bizə demokratik dəyərlərdən “dərs” verən Avropa, ABŞ dövlət rəhbərlərinin gözü qarşısında. Sizcə, ermənilər arxayın olmasa, buna gedərlərmi? Təbii ki, mümkün deyil. Biz erməniyəmi uduzduq? Təbii ki, yox! Biz birbaşa erməniləri həm hərbi, həm də siyasi cəhətdən dəstəkləyən Rusiyaya, onları siyasi cəhətdən müdafiə edən Avropa və ABŞ-a uduzduq. Bu dövlətlərin gözləri qarşısında erməni terrorçuları qətllər törədir, Xocalıda qanlar tökür, onlar da susurlar. İran da bir tərəfdən bu dövlətə iqtisadi yardımlar edir, Azərbaycanın işğal olunan ərazilərinə körpülər salır, Ermənistanı blokadadan xilas edir. Baxın, bütün bunlar erməni terroristlərini daha da qudurdur. Bu gün ASALA-nın mərkəzi Tehrandır. Bütün bunlar imkan verir ki, biz bu terrorçu dövlətin mahiyyətini beynəlxalq məhkəmələrə çıxaraq. Onlara beynəlxalq məhkəmə qurumlarıdır”. 



D.Əzimli vurğulayıb ki, bu gün dünyada ən təhlükəli terror mərkəzi Ermənistandır:

“Onlar Dağlıq Qarabağa dünyanın ən təhlükəli terrorçularını yığırlar. Orada düşərgələr yaradırlar. Bu haqda nə qədər desəniz videogörüntülər vardır. Bunları ermənilər özləri yayırlar ki, bizdən qorxmadıqlarını göstərsinlər. Bizim bir yolumuz var: Terrorla mübarizə adı altına hücum edib, ərazilərimizi geri qaytaraq. Buna gücümüz yetir. Amma zamanı tutmaq lazımdır. Bu zaman tam yetişib. Ermənistanın keçmiş baş naziri etiraf etdi ki, Azərbaycan hücum edərsə, İrəvana qədər irəliləyə bilər. Çünki Ermənistan çökür. Bu pandemiya onun axırına çıxmaqdadır”. 

Tarixçinin sözlərinə görə, ermənilər vəziyyətdən çıxmaq üçün müxtəlif hiylələlərə əl atırlar. Bizimlə Gürcüstanın arasını vurmaq istəyirlər:

“Buna nail olduqdan sonra Gürcüstana diqtə etmək istəyirlər. Sonra da Gürcüstandan keçən dəmir yolunu açdırıb Rusiya bazarına çıxmaq istəyirlər. Eyni zamanda, İranla münasibətləri daha da sıxlaşdırıb,işğal olunan ərazilərimiz-Basarkeçər-İrəvan-Poti beynəlxalq xəttini açırlar. Bu da Ermənistanı blokadadan çıxarmaq üçün İranın ona “hədiyyəsi”dir. Göründüyü kimi, bu gün bizim bir yolumuz var: O da antiterror əməliyyatları. Bu məsələnin əsl zamanı yetişibdir!”.

Qeyd edək ki, Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunub.
Prezident çıxışı zamanı Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətini ifşa edərək, Ermənistanda 2018-ci ilə kimi cinayətkarların hakimiyyətdə olması faktlarını açıqlayıb. Ölkə başçısı münaqişənin həlli istiqamətində tarixi həqiqətlərin, siyasi, hüquqi, iqtisadi və hərbi üstünlüklərin Azərbaycanın mövqeyini gücləndirdiyi qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu