Bu qərar pandemiyanın ikinci dalğası ilə bağlıdır - Ramin Bayramlı

“Operativ Qərargahın qəbul etdiyi qərar pandemiyanın ikinci mərhələsinin gedişi ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yeni növ koronavirusun (COVİD-19) dərman və peyvəndi tapılmadığı üçün dünya dövlətləri preventiv tədbirlər görür: “Operativ Qərargahın qərarı ilə bu həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilir. İnsanlar yalnız təcili tibbi yardıma ehtiyacı olanda təcili yardım maşını ilə, dəfnlə bağlı isə DİN 102 xidmətinə zəng edərək gedə bilərlər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu