Sərt karantin günlərində hansı halda ictimai nəqliyyat işləyə bilər? - AÇIQLAMA

“Ehtiyac olduğu halda işləməsi üçün icazə verilən fəaliyyət sahələrinin rəhbərləri əməkdaşlarının çalışması üçün şəraitin yaradılmasını Bakı Nəqliyyat Agentliyi ilə müzakirə edə bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, zərurət yaranarsa, BNA əməkdaşlarının işə gətirilməsinə icazə verilə bilər.

“Əsasən, piyada işə gələ biləcək şəxslərə üstünlük verilməlidir”, - deyə R.Bayramlı əlavə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu