Rusiyadan Prezidentə məktub: “Bütün dünyada yaşayan azərbaycanlıların qürur duyduğu lidersiniz”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərindən Elzabit Namazov Prezidentə yazır:

“Möhtərəm cənab Prezident, mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Möhtərəm cənab Prezident, bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, həqiqətən bütün dünyada yaşayan azərbaycanlıların qürur duyduğu lidersiniz. Xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu