Liderə təşəkkür: “Bu çətin anda bizi köməksiz qoymadınız, dəstək göstərdiniz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Böyük Britaniyanın Kardiff şəhərindən Arzu Rzayeva ölkə başçısına məktubunda bildirir:

 “Hörmətli cənab Prezident, mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olmuş və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlanıldı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı. Hörmətli cənab Prezident, bu çətin anda bizi köməksiz qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz dəstəyə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu